Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub - Nazir müavini

Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub - Nazir müavini
"Son illər Azərbaycanda qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb".

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Konqres Mərkəzində keçirilən 19-cu Beynəlxalq Gənclər Forumunda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi: "Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə" layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir".
E.Ağayev xatırladıb ki, ölkədə qan donorluğunun inkişafı ilə əlaqədar 2005-ci ildən indiyədək 3 dəfə dövlət proqramı qəbul edilib.


Nazir müavini bu istiqamətdə tədbirlərin davam etdirildiyini vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az