Ter-Petrosyan: “Ermənistan rəhbərliyində əclaflar, satqınlar əyləşib”

Ter-Petrosyan: “Ermənistan rəhbərliyində əclaflar, satqınlar əyləşib”
"Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır”

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Qarni qəsəbəsində seçicilərlə görüşdə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib.
Keçmiş prezident çıxışında ölkənin hazırkı hakim elitasını sərt tənqid edərək onları oğru və əclaf adlandırıb: "Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu sadəcə sözlər deyil. Bunu sizə sübut edəcəyəm: seçkilərdə sizə səs üçün 5-10 min dram (təxminən 25 dollar) rüşvət vəd etdilər. Amma onlar bu pulları özlərinə qaytaracaqlar. Rüşvət verən adamların mağazaları və müxtəlif bizensləri mövcuddur. Onlar qiymətləri qaldıracaqlar və siz məcbur olub müxtəlif malları baha qiymətə alacaqsınız”.
Onun sözlərinə görə, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: "Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sarkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər”.
Ter-Petrosyan, həmçinin digər həmkarı, Serj Sarkisyanın sələfi Robert Koçaryan haqqında da danışıb: "1998-ci ildə Köçəryanın prezident olduğu zaman Ermənistanı bir milyon adam tərk edib. İndi isə təsəvvür edin ki, qarşıdan gələn parlament seçkilərində Serj Sarkisyan yenə qalib gələcək və onun seçkilərdə qələbəsinin təmin edilməsi üçün yaxın illərdə daha bir milyon insan Ermənistanı tərk edəcək. Və bu ölkədə kim qalacaq? O, otlağa çevriləcək”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az