Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritetdir

Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritetdir
Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.

Unikal.org-a etibarlı mənbədən daxil olan məlumata görə, qəzada həlak olan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu kriminal aləmdə "Haqqı” ləqəbi ilə tanınan avtoritet olub.
O, uzun illər Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da kriminal aləmin üzvüdür və "İsim” ləqəbi ilə tanınır. N.Qəhrəmanovun qardaşı Yevlaxda qanunsuz silah saxladığı üçün həbs olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az