Tikintiyə icazənin müddəti ilə bağlı DƏYİŞİKLİK

Tikintiyə icazənin müddəti ilə bağlı DƏYİŞİKLİK
Nazirlər Kabineti "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"da dəyişiklik edib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar"ın indiyədək mövcud olan variantına əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.10-cu maddəsinə əsasən 10 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edilirdi.
Yeni qərarda isə bu müddət azaldılıb və 3 iş günü müəyyən edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az