"Torqovıy"da gənc oğlanın meyiti tapılıb - FOTO

Bu gün Səbail rayonunun Nizami küçəsində (Tarqovı adı ilə tanınan məhəllə) yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

Miq.az
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ölən şəxsin xarakterik əlamətləri belədir:  boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var.
 
Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var. Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə  (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.             


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az