Tovuzda "07" və "NİVA" toqquşdu, bir ailənin 3 üzvü xəstəxanaya yerləşdirildi

Tovuzda

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.


Miq.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində baş verib.

Rayonun Əlibəyli kənd sakini, 1987-ci il təvəllüdlü Quliyev Elxan Əziz oğlu idarə etdiyi "VAZ 2107" markallı avtomobillə qarşıdan gələn "NİVA" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində sürücü və sərnişinləri, həyat yoldaşı, 1994-cü il təvəllüdlü Quliyeva Aynur Nadir qızı və övladları, 2012-ci il təvəllüdlü Quliyeva Ayan Elxan qızı xəsarət alıb.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az