Tovuzda qətl törədən biznesmen hansı məmurların qohumudur

Tovuzda qətl törədən biznesmen hansı məmurların qohumudur
Teref.az yazır ki, Tovuzda baş verən qətl hadisəsini törədən "Göl Əli" barədə sosial şəbəkələrdə maraqlı məlumatlar yayılıb.

Tovuzda sabiq hakimin öldürülməsi ilə nəticələn cinayətlə bağlı maraqlı faktlar ortaya çıxır. Teref.az yazır ki, Məhəmmədəli Qəribli öz statusunda yazıb:
Qətli törədən şəxs "Göl Əli" ləğəbi ilə tanınan böyük biznesmendi. Qatilin bir çox sabiq və indiki məmurlarla yaxın qohumluq əlaqəsi var. Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, "Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, "Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər. Tofiq Zeynalov isə DYP şefi general Ramiz Zeynalovun qardaşıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az