Tovuzda şiddətli gecə döyüşləri: Bir zabitimiz ŞƏHİD OLDU

Tovuzda şiddətli gecə döyüşləri: Bir zabitimiz ŞƏHİD OLDU

Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlər barədə yeni məlumat yayıb. Məlumatda deyilir ki,  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

"Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir»,-məlumatda deyilir.

Müdafiə Nazirliyi ötən gün Tovuz istiqamətində gedən döyüşlərdə 3 hərbçimizin şəhid olduğunu açıqlamışdı.

Qeyd edək ki, Ermənistan tərəfi indiyədək itkilərini açıqlamayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az