Tovuzda yenidən ağır silahlar işə düşdü- Ordumuz DÜŞMƏNƏ cəhənnəm yaşadır

Tovuzda yenidən ağır silahlar işə düşdü- Ordumuz DÜŞMƏNƏ cəhənnəm yaşadır

Ermənistan Tovuzun Ağdam kəndini artilleriyadan atəşə tutdu

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini D-30 topundan atəşə tutub.

Bu barədə Miq.Az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Mülki şəxslər arasında itkilər yoxdur. Azərbaycan Müdafiə Nazirliyi düşmənin bütün hücumlarına asimmetrik cavab veriləcəyini xəbərdar edir!

 Tovuz rayonunun Ağdam kəndi
Miq.Az-ın yerli sakinlərdən əldə etdiyi digər məlumata görə bu gün hələ günorta saatlarında Ağdam kəndində şəhidimiz Məmmədov Elşad Dönməz oğlunun dəfnində qəbristanlığın 600 metrliyində düşmən tərəfindən atılan top mərmisi partlayıb. Bu da düşmənin mülki insanları hədəf alaraq qorxu yaratmaq niyyətində olduğundan irəli gəlib. 

İndicə aldığımız digər məlumata görə, Azərbaycan Ordusu düşmənin hücümuna qarşılıq olaraq onlara cəhənnəm yaşadır. Ordumuz yüksək döyüş nümunəsi göstərərək, düşmən ordusunu xeyli itkiyə məruz qoyaraq,  həm də psixoloji məğlubiyyətə uğradıb. 

Əlavə məlumatlar veriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az