Tramp ABŞ tarixinin ən pis səhvini açıqlayıb

Tramp ABŞ tarixinin ən pis səhvini açıqlayıb
Prezident Corc Buşun rəhbərliyi altında ABŞ qoşunlarının Yaxın Şərqə yeridilməsi Birləşmiş Ştatlar rəhbərliyinin etdiyi ən pis səhvdir.

Miq.az "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Hill.TV"yə müsahibəsində bildirib.

"Ölkəmizin tarixində edilən ən pis səhv Prezident Buşun təşəbbüsü ilə Yaxın Şərqdəki hərbi iştirakdır", - D.Tramp deyib.
Onun sözlərinə görə, özündən əvvəlki ABŞ Prezidenti Barak Obama da Yaxın Şərqdən qoşunları geri çəkməklə səhv edib, amma qoşunların ora yeridilməsi elə ən böyük səhvdir.
Amerikalı lider fikrini bu qərarın ABŞ-a 7 trilyon dollara və milyonlarla insan həyətına başa gəlməsi ilə izah edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az