Tramp hərbi xidmətdən yayınıb - İddia

Tramp hərbi xidmətdən yayınıb - İddia
ABŞ prezidenti Donald Tramp 1960-cı illərdə atasının əlaqələri sayəsində hərbi xidmətdən yayınıb.

Miq.az xəbər verir ki, bu barədə "New York Times" a Nyu-York ortopedi Larri Braunstaynın qızları deyib.
Qadınların sözlərinə görə, onların atası inşaat maqnatı Fred Trampla yaxşı tanış imiş və "ona göstərdiyi xidmət" barədə danışmağı xoşlayırmış.
Onlar iddia edirlər ki, 1968-ci ildə (bu zaman Vyetnamda müharibə gedirdi) həkim Fredin 22 yaşlı oğlu Donaldaəslində olmayan ayaqda sümük çıxıntısı diaqnozu qoyub.
Həmin vaxtlar ABŞ-da bu diaqnoz qanuni olaraq hərbi xidmətdən yayınmaq üçün kifayət edirmiş.
Bildirilir ki, bunadək Donald Tramp təhsil ilə əlaqədar 4 dəfə hərbi xidmətdən möhlət alıb.


Mənbə/Report


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az