Türk diplomatdan S-400-lə bağlı inanılmaz sözlər

Türk diplomatdan S-400-lə bağlı inanılmaz sözlər

Türkiyənin ABŞ-dakı keçmiş səfiri Namiq Tan sosial şəbəkə hesabında Ankaranın S-400 raket kompleksinin alınması ilə bağlı təkid etməsinin təhlükəli olduğunu yazıb.

Axar.az xəbər verir ki, o, Türkiyənin S-400 planının ABŞ-la münasibətlərə çox ciddi şəkildə zərbə vuracağını iddia edib.

"Vaşinqton F-35-lərin Ankaraya verilməsi məsələsini təxirə salmağı düşünür. Hətta ABŞ rəsmiləri Türkiyəyə alternativ tapmaq üçün axtarışlara başlayıb. Bundan başqa, sözügedən böhran iqtisadiyyatımıza da zərbə vura bilər", - Namiq Tan qeyd edib.

Türkiyə Prezident Administrasiyasının İqtisadi Siyasət Məclisinin rəsmisi Qorxmaz Qaraca keçmiş səfirin şok effekti yaradan bu sözlərinə sərt şəkildə reaksiya verib.

"Hörmətli səfir Namiq Tan, bildiyim qədərilə, siz Türkiyə diplomatısınız. Türkiyədən, türk millətindən təqaüd alırsınız. Siz Türkiyəyə deyil, ABŞ-a xəbərdarlıq edin", - o bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az