Türk polkovnik: Rus pilot türk əsgərlərə nümunə olmalıdır

Türk polkovnik: Rus pilot türk əsgərlərə nümunə olmalıdır

İdlibdə vurulan rus qırıcısının pilotu Türkiyə əsgərlərinə nümunə olmalıdır. Onun istifadə etdiyi klassik telefon təhlükəsizlik baxımından çox yaxşıdır. Həmin telefon ilə onun izini tapmaq mümkün deyildir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin "Milliyyət” qəzetinə açıqlamasında hərbi analitik, təqaüddə olan polkovnik Erol Bural deyib. O bildirib ki, "Zeytin budağı” əməliyyatı zamanı türk əsgərlərin sosial mediada aktiv olması olduqca təhlükəlidir:

"Smartfonlardan açıq şəkildə paylaşılan video və şəkillər vasitəsi ilə hərbi birliklərin yerini və digər hərbi sirrləri asanlıqla aşkar etmək mümkündür. Əsgərlərin motivasiya üçün paylaşdıqları görüntülər həm özləri üçün təhlükəlidir, həm də həmin görüntüləri terrorçular bizə qarşı təbliğat vasitəsi kimi istifadə edə bilər. 2007-ci ildə ABŞ-ın İraqda keçirdiyi əməliyyat zamanı əsgərlərin smartfonlardan şəkil paylaşmaları onların 4 helikopter itirməsi ilə nəticələnmişdi. Belə ki, helikopterlərin də düşdüyü həmin şəkilin çəkildiyi məkan terrorçular tərəfindən müəyyənləşdirildi və əraziyə hava hücumu təşkil olundu”.

Polkovnik onu da qeyd edib ki, terrorçuları ələ keçirən zaman onların görüntüləri yayılmamalıdır, onlar təcili olaraq, sorğu-suala tutulmalıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az