Türkiyə 22 ÖLKƏDƏN TƏLƏB edir: FETÖ-nun 45 RƏHBƏRİNİ verin!

Türkiyə 22 ÖLKƏDƏN TƏLƏB edir: FETÖ-nun  45 RƏHBƏRİNİ verin!

FETÖ terror təşkilatının üzvlərinin işlərini araşdıran Ankara məhkəməsi Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək FETÖ rəhbərliyində təmsil olunan 45 şəxsin 22 ölkədən ekstradisiyasına dair sorğu hazırlamağı tələb edib.
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, sorğuların əksəriyyəti (FETÖ rəhbəri Fətullah Gülən daxil olmaqla, 15 nəfərə dair) ABŞ-a göndəriləcək. Sorğuların göndəriləcəyi ölkələr siyahısında həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kambodja, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, Toqo, Mərkəzi Afrika Respublikası, Misir və Burkina Faso yer alıb.
Şübhəli şəxslərdən 3 nəfər barəsində sorğu eyni vaxtda bir neçə ölkəyə göndəriləcək.
Ekstradisiyası tələb edilən FETÖ liderlərinin siyahısında isə Qazaxıstanda olduğu bildirilən Mustafa Ocalan ("İmam Balkan”), Norveçdən Suleyman Uysal ("İmam FETÖ”), Niderlandan "imam” Nejdət Başaran, Mərkəzi Afrika Respublikasından FETÖ Məşvərət Komitəsinin üzvü Naci Tosun və digərləri yer alıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az