Türkiyə 3 şəhid verdiyi bölgədə 44 terrorçunu məhv etdi

Türkiyə 3 şəhid verdiyi bölgədə 44 terrorçunu məhv etdi

Türkiyə ordusunun 3 hərbçisinin şəhid olan Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.

Miq.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar bildirib.

Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: "Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az