Türkiyə ABŞ-a “S-400” sistemini araşdırmağa icazə verməyəcək

Türkiyə ABŞ-a “S-400” sistemini araşdırmağa icazə verməyəcək
 Türkiyə Rusiyadan aldığı "S-400” hava hücumundan müdafiə sisteminin sirrlərini ABŞ-ın araşdırmasına icazə verməyəcək.


"Report” "Yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi "S-400” sistemini ABŞ-ın araşdırmasına təqdim edəcək” iddiasına cavab olaraq bildirib.
Bildirilib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-a "S-400” sistemlərini araşdırmaq üçün şərait yaratmayacağı ilə bağlı Rusiya diplomatını əmin edib.
Qeyd edək ki, "S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az