Türkiyə Azərbaycana avtomobil ixrac etməkdə maraqlıdır

Türkiyə Azərbaycana avtomobil ixrac etməkdə maraqlıdır
Türkiyə Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələri (Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bazarlarına öz istehsalı olan avtomobilləri ixrac etməkdə maraqlıdır.

Miq.az
xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Sənaye və Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Türkiyə yerli avtomobillərin türkdilli ölkələrə ixracına başlamazdan əvvəl bu dövlətlərin avtomobil bazarlarını öyrənməyi planlaşdırır: "Türkiyə yerli istehsallı avtomobilləri digər qonşu bazarlara da ixrac etmək niyyətindədir".

Nazirlikdən deyilib ki, yerli avtomobillər həm ölkə daxilində, həm də xaricdə digər avtomobil istehsalçılarının məhsulları ilə rəqabət apara biləcək.
Bundan əvvəl sənaye və texnologiyalar naziri Mustafa Varank demişdi ki, Türkiyə istehsallı avtomobilin ilk nümunəsi 2019-cu ildə hazır olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az