Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı

Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırdı
Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb.

"Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, sabahdan ölkədə 3 günlük matəm elan edildiyini elan edib.

Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.

Türkiyə prezidenti  İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplanmasının çağırılmasının zəruriliyini vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az