Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim etdi

Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim etdi
Türkiyə mətbuatı kobud səhvə yol verib. 

Qonşu ölkənin bəzi idman portalları "Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında "Hürriyet" və "Lig TV” kimi tanınmış saytlar da var. Avropa Liqasında dünən baş tutan I təsnifat mərhələsinin oyunlarının nəticələrinin yayımlandığı xəbərdə "Kəpəz”in qarşısında Ermənistan sözü yazılıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova "Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, mərhələ adlayıb. /Apasport.az/

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az