Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi: Ruslar ŞOKDA - FOTOLAR

Türkiyə ordusu Rusiyanın pilotsuz uçuş aparatını ələ keçirdi: Ruslar ŞOKDA - FOTOLAR

Türkiyənin "Koral" REM kompleksi Suriya ərazisində Rusiyaya məxsus çox məqsədli hərbi kəşfiyyat üçün istifadə edilən Orlan-10 pilotsuz təyyarəsini zərərsizləşdirərək, yerə endirib.
 
Bu barədə İspaniyanın Avia.es portalında məlumat yayılıb. Bildirilir ki, hadisə Mareə şəhəri yaxınlığında baş verib. Orlan-10 pilotsuz təyyarəsi müxalif qüvvələrin mövqeyində kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirərkən, türklər tərəfindən hədəfə alınıb.
 
Yayılan fotolarda pilotsuz uçuş aparatında güllə izlərinin olmaması diqqət çəkib. Məlumata görə, fotoları müxalif qüvvələr yayıb. Bu isə pilotsuz aparatın elektron sistemlərlə zərərsizləşdirdiyini deməyə əsas verir. Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur.(kanal.az)
 
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az