Türkiyə qızıllarını ABŞ-dan niyə çıxardı? - Əsl səbəb

Türkiyə qızıllarını ABŞ-dan niyə çıxardı? - Əsl səbəb

Türkiyənin Mərkəzi Bankının ABŞ-ın Federal Ehtiyat Sistemindən öz qızıllarını geri götürməsi iqtisadiyyatla bağlı deyil.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müasir İnkişaf İnstitutunun Maliyyə və İqtisadiyyat üzrə sədri Nikita Maslennikov deyib.

"Türkiyənin qızıllarını geri götürməsi iqtisadiyyatla bağlı olmadığı kimi, qızıl bazarına da heç bir təsir göstərmir. Bəllidir ki, səbəb fərqlidir. Bu, Türkiyənin YPG-yə dəstək verən Ağ Evə bir mesajdır. Çünki Türkiyə milli təhlükəsizliyinə birbaşa YPG təhdid yaradır. ABŞ isə onlara dəstək verir və Ankara Vaşinqtondan gələcəkdə nələr gözlədiyini proqnozlaşdıra bilmir. Türklər öz mövqeyinə malik olduğunu söyləyir və bu mövqeyə hörmətlə yanaşmağa çağırır", - Maslennikov söyləyib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 220 tonluq qızılını çıxarıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az