Türkiyə və Qətər dənizdə hərbi təlimlərə başlayır

Türkiyə və Qətər dənizdə hərbi təlimlərə başlayır
Türkiyə və Qətər birgə hərbi-dəniz təlimləri keçirəcəklər. 

Miq.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, birgə hərbi-dəniz təlimləri avqustun 6-7-də Qətərin ərazi sularında keçiriləcək.

Qeyd edək ki, artıq 214 hərbi heyətlə "TCG Gökova” Türkiyə gəmisi Qətərin Hamad limanına çatıb.

Xatırladaq ki, iki ölkə birgə təlimlərə avqustun 2-də başlayıb. Təlimlər Rarik bin Ziyad hərbi bazasında keçirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az