Türkiyədə 14 azərbaycanlı qadın saxlanıldı - Fahişəliklə məşğul olurdular

Türkiyədə 14 azərbaycanlı qadın saxlanıldı - Fahişəliklə məşğul olurdular
Türkiyənin Yalova şəhərində azərbaycanlı qadınlara qarşı əməliyyat keçirilib.
 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, polisin keçirdiyi əməliyyat nəticəsində 14 azərbaycanlı qadın və 3 Türkiyə vətəndaşı kişi saxlanılıb.
Məlum olub ki, saxlanılan qadınlar Türkiyədə yaşama icazəsi almaq məqsədilə 60-75 yaşlı imkanlı kişiləri aldadaraq onlarla evlənib, daha sonra həmin şəxslərdən ayrılıb fahişəliklə məşğul olmağa başlayıblar.
Məsələdən xəbər tutan Yalova polisi 10 müxtəlif ünvanda qadınların axtarışını aparıb. Şübhəli şəxslər saxlanılaraq polis idarəsinə aparılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az