Türkiyədə batan gəminin kapitan köməkçisi dəfn olundu-Neftçalada

Türkiyədə batan gəminin kapitan köməkçisi dəfn olundu-Neftçalada

Qara dənizdə "Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində həlak olan iki azərbaycanlıdan biri, gəmi kapitanının baş köməkçisi, 40 yaşlı İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi dünən axşam Azərbaycana gətirilib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hazırda  Neftçala rayonunun Bankə qəsəbəsində onun dəfn mərasimi keçirilir.

Mərhum dənizçinin  üç məktəbli qızı və həyat yoldaşı valideynləri ilə birgə Bankə qəsəbəsində yaşayırlar.

Məmmədəli İbrahimov Dənizçilik Akademiyasını bitirmişdi və 20 ildən çoxdu  ki, dənizçi idi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az