Türkiyədə böyük bir prospektə “Qarabağ” adı veriləcək

Türkiyədə böyük bir prospektə “Qarabağ” adı veriləcək

Türkiyənin Sakarya şəhərinin mərkəzində böyük bir prospektə "Qarabağ” adı veriləcək.

Miq.Az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Sakaryanın Qarasu rayon bələdiyyəsində protokol imzalanıb.

Qarasu rayon bələdiyyəsinin sədri Mehmet İspiroğlu, Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar və TADF-in Sakarya üzrə təmsilçisi Aliq Bağırov tərəfindən imzalanan sənəddə qeyd olunur ki, bu qərar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm etməklə bərabər, zəngin tariximizə aid həqiqətləri yaşatmaq məqsədi daşıyır.

Mehmet İspiroğlu vurğulayıb ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın təklifi əsasında rayonda ən qısa zamanda "Azərbaycan” adında geniş bir park salınacaqdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az