Türkiyədə hərbi çevriliş cəhdindən bir il keçdi FOTOLAR

Türkiyədə hərbi çevriliş cəhdindən bir il keçdi FOTOLAR

Silahlı Qüvvələrin bir qrup üzvü "Yurdda sülh hərəkatı” adı altında çevrilişə cəhd edib

Bu gün Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür. 2016-cı il iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup üzvü "Yurdda sülh hərəkatı” adı verdiyi hərbi çevrilişə cəhd edib, gecə saatlarında tanklar yolları və körpüləri bağlayıb, qırıcılar havaya qalxıb. Bir neçə saat sonra ordunun ölkədə idarəçiliyi ələ keçirdiyini barədə TRT kanalında elan səsləndirilib. Ölkədə hərbi komendant rejimi elan olunub.

İstanbuldakı "Boğaz içi" və "Fatih Sultan Mehmet" körpüsünü ələ keçirən üsyançı hərbçilər Böyük Millət Məclisini bombalayıblar. Ankarada polis akademiyası partladılıb. 

Bu hadisələrdən sonra prezident Rəcəb Tayyib Ərdoğan CNN Türk-ə canlı bağlantı ilə qoşularaq üsyançılara heç bir imkan verməyəcəklərini deyib, xalqı müqavimət üçün meydanlara çıxmağa səsləyib. Dövlət başçısının çağırışından sonra gecə saatlarında çevriliş cəhdinə qarşı irimiqyaslı mitinqlər başlayıb. Yüzminlərlə insan küçələrə çıxıb. Çevriliş cəhdinin qarşısı alınıb. Cəhddən sonra Türkiyədə bir neçə dəfə uzadılan fövqəladə vəziyyət elan edilib. 

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 300-ə yaxın insan, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs ölüb, 10 mindən çox insan yaralanıb. Hərbi çevrilişə cəhd edənlər və həbs olunanlar arasında minlərlə hərbçi, hakim, prokuror var. 

Çevriliş cəhdinin təşkilatçısı FETÖ terror təşkilatının ABŞ-da yaşayan başçısı Fətullah Gülən olub. Bu hadisədən sonra Türkiyə F.Gülənin ekstradisiyası üçün ABŞ-a müraciət edib. //istipress.com

 
TBMM binası bombardımandan sonra
TBMM binası bombardımandan sonra
Hərbçilər təslim olur
Hərbçilər təslim olur
 
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az