Türkiyəyə qarşı ölkələrin arxasında ABŞ durur - İki səbəb...

Türkiyəyə qarşı ölkələrin arxasında ABŞ durur - İki səbəb...

Yeddisi Avropa ölkəsinə aid 10 səfirin verdiyi bəyanatın arxasında Co Bayden hökuməti, yəni ABŞ dayanır.

Miq.Az xəbər verir ki, bu iddia ilə "Nyu-York Tayms" qəzeti çıxış edib.

Qəzetin İstanbul bürosunun rəhbəri Karlotta Qallın yazdığı məqalədə buna səbəb kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti və Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri göstərilir.

Qeyd edək ki, 10 ölkənin Türkiydəki səfirləri 2016-cı il Gəzi hadisələrinə görə həbs olunmuş Osman Kavalanın azadlığa buraxılmasını tələb edən bəyanat imzalayıb.

Bu ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə həmin səfirlərin "persona non qrata” elan etməyi tapşırıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az