Uhanda koronavirusun ikinci dalğası başlaya bilər

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər
Çinin Uhan şəhərində giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.

Miq.Az "Ahaber”ə istinadən xəbər verir ki, buna səbəb şəhərdə koronavirusdan 4 yeni ölüm faktının qeydə alınmasıdır.

Hazırda şəhərdə 1 727 nəfər müalicə alır.

Qeyd edək ki, son bir ayda Çin hökuməti ölkədə, xüsusilə də virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizli saxlayır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 990 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az