Ukrayna ordusunda kadr dəyişikliyinin məqsədi nədir?

Ukrayna ordusunda kadr dəyişikliyinin məqsədi nədir?

Ukrayna Silahlı Qüvvələrində kadr dəyişikliyi ordunun gəncləşdirilməsinə hesablanıb.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov danışıb.

Danilov Müdafiə Nazirliyinə yeni təyin olunan bütün rəhbərlərin hərbi təhsilli insanlar olduğunu vurğulayıb:

"Bu bizim üçün çox vacib bir şeydir. Üstəlik, hamısı cəbhədən keçib, bütün kadrlar etibarlıdır. Bir dənə də olsun "arxa" adam nəzərdə tutulmayıb. Prezident gənc polkovniklərə, polkovnik-leytenantlara, mayorlara dəstək verəcək ki, inkişafımız olsun".

Qeyd edək ki, "Şimal” operativ komandanlığının rəhbəri Valeri Zalujnıy Silahlı Qüvvələrin Baş komandanı təyin olunub. Tibbi qüvvələr komandanı vəzifəsinə isə Tatyana Ostaşenko gətirilib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az