Ukrayna XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımırıq

Ukrayna XİN: Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımırıq
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "yerli özünüidarəetmə seçkilərini” tanımır və bunu qanunsuz hesab edir.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən "seçkilər” Azərbaycan Konstitusiyasını və beynəlxalq hüququn norma və prinsiplərini pozur, hüquqi cəhətdən etibarsızdır.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Bizim mövqeyimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək olmaqdan ibarətdir”, – məlumatda qeyd olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az