Ukraynada 32 yaşlı azərbaycanlını zavodda güllələdilər

Ukraynada 32 yaşlı azərbaycanlını zavodda güllələdilər
Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "UNN" portalına hüquq-mühafizə orqanlarından bildirilib.
İnsident "Kamennıy Brod" kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.
Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.

Faktla bağlı cinayət işi açılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az