Ukraynada azərbaycanlı avtoritetlər tutuldular - FOTO + VİDEO

Ukraynada azərbaycanlı avtoritetlər tutuldular - FOTO + VİDEO
Ukrayanın cənubi-şərqində yerləşən Kirovoqrad vilayətində xüsusi əməliyyat keçirilib.

Publika.az cripo.com.ua saytına istinadən xəbər verir ki, əməliyyatın gedişatında "Şaşlıçnıy” restoranında keçirilən "Sxodka”da iştirak edən 27 kriminal avtoritet saxlanılıb.
Restoranda Ukraynanın mərkəz regionunun - Kirovoqrad, Dneprepetrovsk və Nikolayev vilayətlərinin kriminal avtoritetlərinin toplantısı keçirilirdi. Təsir sahələrinin yenidən bölüşdürülməsi üzrə məsələnin həlli avtoritetlərin görüşünün əsas məqsədi olub.
Saxlananlardan odlu silahın bir neçə vahidi, həmçinin iki avtomat, qumbara və bir neçə tapança götürülüb.
Avtoritetlər arasında azərbaycanlıların da olduğu bildirilir.







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az