Ukraynadakı səfirliyimizdə yeyinti ilə bağlı – Şok qərar

Ukraynadakı səfirliyimizdə yeyinti ilə bağlı – Şok qərar

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ölkəmizin Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb.

Bu barədə XİN-dən daxil olan məlumatda deyilir. Bildirilib ki, aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq müraciət göndərilmişdir.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev mediaya açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman (2001-2010) 2 milyon 400 min dollar dövlət vəsaitini mənimsədiyini iddia etmişdi. O bildirmişdi ki, əlində bütün bunların hər birini sübut edən faktlar və sənədlər var.

Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləmişdi.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az