Ulduzə Alıyevanın 600 baldan yuxarı nəticə göstərən ŞAGİRDLƏRİ

Ulduzə Alıyevanın 600 baldan yuxarı nəticə göstərən ŞAGİRDLƏRİ
Bu il keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituryentlər sırasında bir müəllimin 4 şagirdi tarix fənnindən 100 faiz nəticə göstərib. Belə ki, Tovuz rayonunun İ. Mürşüdov adına tam orta məktəbdə tarix müəlliməsi işləyən Ulduzə Alıyeva dərs dediyi Quluyeva Kamilə Həsən qızı 3-cü qrup üzrə qəbul imtahanında 680 bal toplayaraq rayon birincisi olmus, digər şagirdləri Aliyeva Aytac və  Alıyeva Əsmər 650-dən yuxarı, Mirzəyeva Ulduz və Süleymanov Pərviz isə 600-dən yuxari bal toplayıb. 600 baldan yuxarı nəticə göstərən 5 abituryentin 4-nun tarix fənnindən olan sualların hamısına cavab verməsi Ulduzə Alıyeva pedoqoji qabiliyyətinin təntənəsi hesab oluna bilər. 

Yeri gəlmişkən qeyd edək ki, Ulduzə Alıyeva dərs dediyi təhsil müəssisəsini son 5 ildə 4 nəfər qızıl medalla bitirib. Onların 3 nəfəri Ulduzə Alıyevanın məkəbdə yaratdığı tarix klubunun üzvü olub. 

Bütün bu nəticələr təsadüf deyil. Belə ki, Ulduzə Alıyeva ilin müəllimi müsabiqəsinin finalçısı olub. Təcrübəli pedaqoqlar hesab edir ki, bütün bunların əsas səbəbi Ulduzə müəllimənin təkcə uşaqların müəllimi deyil, onların dostu və sirdaşı olmasındadır. Ulduzə müəllimə uğurlarının sirrinin sevgidə olduğuna əmindir: "Hər münasibət sevgi və qarşılıqlı hörmətə söykənməlidir".

Bu il sözügedən məktəbdə təşkil etdiyi açıq dərslər AXC-nin yubileyinə həsr edilib. Viktorina şəklində keçirdiyi debatlar uşaqlarda vətənpərvərlik hisslərinin yüksəlməsinə xidmət edib və rayonda böyük marağa səbəb olub.

Qeyd edək ki, Ulduzə Alıyeva Qədir qızı 1971 ci ildə Tovuz rayonu Bayramlı kəndində ziyalı ailəsində doğulub. Hələ uşaq yaşlarında şeir və məqalələri ilə dövrü mətbuatda çıxış edib. Rayonda çıxan yerli qəzetdə çoxlu sayda publisist yaziları ve oçerkləri də nəşr olunub. Dostları və müəllimləri onun gələcəkdə jurnalist olacağını düşünürdülər. Bir gün atasının "qızım yaxşı müəllim olacaq... mənim yolumla gedəcək" söyləməsi onun gələcək peşə seçimini qətiləşdirib. Bəli o müəllim olaraq bu müqəddəs peşəni davam edəcəkdi...

1991-ci ildə APU-nin tarix fakültəsinə daxil olub. Tariximizə maraq və sevgi onun seçimdə yanılmadığını göstərdi. 1995-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Sevimli alimlərin elmi iş təklifləri olsa da Ulduzə Aliyeva doğma kəndinə qayıdır: "Atamın yolunu gedəcəyəmi özüm üçün qətiləşdirdiyim üçün bu addımı atdım. 

Beləcə elə həmin il rayonun ən nüfuzlu məktəblərindən olan İ.Mürşüdov adına tam orta məktəbdə tarix müəllimi kimi çalışmağa başlayıb. Elə ilk vaxtlardan peşəsinə sevgi ilə yanaşdığından təhsil icması tərəfindən diqqətlə qarşılanıb. Uşaqlara sonsuz sevgi onun uğurlarının açarı idi. Bir neçə il sonra mövzularını krassvord üzərində yerləşdirilərək tədris etdirməsi marağa səbəb olur. Dərs yerli kanalda açıq yayımlanır. Beləcə uğurlu işlər artdıqca onun peşəsinə sevgisi artırdı. Məktəbdə illər öncə bir klub yaratdı. Məqsədi ali məktəbə hazırlaşan uşaqlara daha cox dəstək vermək idi. Hər il klubun nəaliyyətləri artdı. Hal-hazırda rayonun hər yerindən klubda uşaqlar var. Şagirdlər qəbulda yüksək nəticələr göstərməklə yanaşı fənn olimpiadalarında da yüksək nəticələr göstərir 2014  ve 2015-ci ildə şagirdi Məmmədli İlhamə  respublika fənn olimpiadasının tarix fənni üzrə gümüş medalçısı olmuşdur. 2017-ci ildə də klubun üzvü Sarızadə Gülnaz gümüş medala layiq görülmüşdür.

Fəaliyyətinə görə fəxri fərmanlara və 2015-ci ildə "qabaqcil təhsil işcisi" döş nişanına layiq görülmüşdür... Çoxlu sayda şagirdləri nüfuzlu ali məktəblərdə təhsil alır.

Öz üzərində daim çalışmağı vacib bilir. MDQ imtahanlarinda bütün həmkarlarını qabaqlamış və 100 faiz nəticə göstərmisdir. 
AXC-nin 100 illik yubileyinə həsr olunmuş Azad  Müəllimlər birliyinin keçirdiyi müsabiqədə "ƏSRİN SİYAVUŞU" essesi birinci olmuş və nəşr üçün təşkilatın kitabına daxil edilmişdir. 

Müəllimə ictimai işlərdə də fəaldır. Yaşadığı ərazidə bələdiyyə üzvüdür.

Beləcə bir dərs ilini də uğurla başa vurmuş Ulduzə müəlliməyə və şagirdlərinə yeni zirvələr arzulayirıq...






















İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az