“Unibank”ın “intihar üsulu”: İnsanlar banka görə ölümə hazırlaşır - ŞOK

“Unibank”ın “intihar üsulu”: İnsanlar banka görə ölümə hazırlaşır - ŞOK

"Unibank”ın müştəriləri aldatması, xüsusilə kredit fırıldaqları ilə bağlı indiyə qədər mediada xeyli yazılıb. Lakin bank bütün faktlara və tənqidlərə rəğmən, öz "iş prinsipindən” əl çəkmək niyyətində deyil. 
Miq.az-ın bir müddət öncə apardığı araşdırmada "Unibank”ın "Nağd kreditlər”, "Mikro-kreditlər” və "İpoteka kreditləri” adı altında müştəriləri soyduğu ortaya çıxmışdı. Bununla yanaşı, "Albalı” kart da bankın fırıldaq siyasətində əsas paya sahibdir. (http://miq.az/az/unibankin-uc-istiqamet-uzre-soyunculuq-usullari-arasdirma/).

Redaksiyamıza daxil olan son şikayətlərdə isə "Unibank”ın müştərilərinə qarşı "intihar üsuluna” əl atdığı görünür.

Şikayətlərdən birində bu barədə deyilir: "Mən "Unibank”ın daimi müştərilərindənəm. Lakin devlavasiyadan sonra dollarla olan kreditimin ödənişində çətinlik çəkməyə başladım. Mən ödəməkdən boyun qaçırmadım, sadəcə olaraq hər ay gücüm çatan qədər ödəməyə başladım. Amma "Unibank” mənim şəxsi həyatıma müdaxilə siyasətinə keçdi. Belə ki, bütün qohumlarıma, yaxınlarıma, tanışlarıma mənim bank borcumla bağlı zənglər gəlməyə başladı. Telefon nömrələrinin haradan tapdıqlarını deyə bilmərəm, amma fakt budur ki, hətta kənddə yaşayan qohumlarım belə mənim bu banka borcum olduğunu bilirlər. İnsanı intihar həddinə çatdırırlar”.

"İntihar üsulu”: Görünür, "Unibank” borcu olan müştərilərini "el içində biabır” etmək kimi şəxsiyyətə toxunan, şəxsi həyata müdaxilə edən yol tutub. Halbuki, ölkə qanunvericiliyi bunu tanımır. Çünki bir insanın bank borcu onun şəxsi məlumatlarına daxildir və bu haqda həmin şəxsin icazəsi olmadan ikinci bir şəxsə məlumat vermək Cinayət Məsuliyyətinin müvafiq maddələri ilə məsuliyyət daşımaq deməkdir. Lakin "Unibank” heç bir insani sərhəd tanımadığı kimi, qanun da tanımaq istəmir. 

"Unibank” ölkəyə mollaların adətlərini gətirdi

Bu məsələ İranda şəriət qaydaları ilə cəzalandırılan insanları yada salır. İran adət-ənənələrinə görə, əgər bir insan hansısa pis iş tutubsa, yaxud borclu olduğu adama borcunu qaytara bilmirsə, hansı səbəbdən olmasının heç bir fərqi yoxdur, həmin insan qonşu kəndlər də daxil olmaqla bütün mahalı gəzdirilir və hər kəsin içində biabır edilir. Ondan sonra heç kim həmin şəxsə nə malını, nə də hansısa yaxınını həvalə etmir. Bu, İran ənənələrinə görə belədir, lakin bunun qeyri-hümanist rəftar olduğu da ortadadır. Azərbaycanda belə bir ənənə yoxdur, daha doğrusu, yox idi. "Unibank” bu ənənəni bir az müasir formada ölkəmizə gətirib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az