“Unitaz texnikası”-Klinik psixoloq Xatirə Səfərova yazır

“Unitaz texnikası”-Klinik psixoloq Xatirə Səfərova yazır

Klinik psixoloq Xatirə Səfərova
Baku Psychology School rəhbəri 

Bəzən olur ki, iki saglam insan birləşir  və həyatları cəhənnəmə çevrilir, bəzən isə -agır şəxsiyyət pozuntusu olan aşıqlərin  gözəl münasibətləri olur.

Nədir bu paradoks?
İdeal insan ressepti:

Qadınlar üçün – hündür boy yaraşıqli, intellektli,səliqəli,güclü. Bütün gün qadına sevgisini göstərən, diqqətini qadının üstündən çəkməyən, gəzintilərə, kinoya, aparan, telefonunu parola qoymayan, qadını anlayan, surprizlər edən-bir ömür boyu yanında qalacaq  varlıga –ideal kişi deyilir.

Kişilər üçün-gözəl fiquralı,agıllı,sakit dinləyici, tez-tez etirazını bildirməyən, şikayət etməyən, bütün qusurları ilə onu qəbul edən və məmnun qalan, tələbkar olmayan,hər zaman üzü gülər, deyinməyən, tərslik etməyən, qisqanmayan, şəxsi həyatına qarışmayan,dostları ilə arada gedib istədiyini etsədə "ayy nə  yaxşı”-deyən,kişi özü istədiyi zaman münasibətə son qoysa- heç bir narazılıgını bildirməyən varlığa ideal qadın deyilir.

Sevgi  ABC düsturu (başlangıc-kuliminasiya-finiş)
A nöqtəsi -başlangıc

Düşünün hərənizin bir laboratoriyası var və orada həyat boyu ideal insan yaradırsız.Yaratdıgınız obrazla bir gün həyatda rastlaşırsız. Müsbət siqnallar, xoş baxışlar başınızın üstündə uçuşan mələklər, mədənizdə qarışqaların gəzintisi  elə xoş hisslər keçirirsiniz ki, avtomatik olaraq özünüzdə idealınız üçün ideallaşırsız. Digər etaplara keçid alırsız. Kinolar, restoranlar, hətta muzeylər, dünyanın bütün gözəlliklərini görürsüz. Bu hisslərlə tv də gedən "payız axşamları” maraqsız emossiyasız verlişlərdən belə zövq alırsız. Özünüzü bütöv hiss edirsiz. Etaplar getdikcə çoxalır. Hər çoxalan etapa zaman və enerji sərf edirsiz. Etaplar dərinləşir və emossional baglantı yaranır aranızda sizə elə gəlir ki,onsuz artıq yaşaya bilmərsiz. Asmadan əziyyət çəkən xəstə insanlar kimi bir xəstəliyə düçar olursuz. Dərmanınız hər zaman yanınızda olmalıdır ki,bogulmayasız.

 B-nöqtəsi kuliminasiya  

Münasibətdə karusel "Şeytan çarxı” oyunu.Zaman keçır və partnerunuzun mənfi nöqtələrini görməyə başlayırsız. Bu zaman şübhə, qısqançlıq, mənfi hisslər yaranır ruhunuzda. Fikrinizdə onu itirmə qorxusu ilə gəzirsiz.Yazıq beyninizi zibilliklə doldurursuz. Beləliklə "Şeytan çarxın” da  oyunu başladı. Bəzən zirvədə o olur, sən dibdə və ya əksinə sən zirvədə o dibdə. Münasibətin bu noqtəsində müharibə başlayır. Küsməklər, narazılıqlar, xəyanətlər, qisaslar, oyunlar və nələr-nələr. Ayrılıq və barışmalar. Münasibəti bu anda kəndir dartma yarışmasınada bənzədə bilərsiz. Kim özünə çəkdisə qalib odur.

C-nöqtəsi finiş

"Şeytan çarxı” motorunu yandırır və nəticədə neçə sürətlə fırlanırsa kim aşagida kim yuxarıda artıq bilinmir.Çünki param parça etdiz.Kəndir isə dartınmaqdan yeyildi və nəticədə hər şey bitdi.Bitiş nöqtəsində-hirs,kin,qəzəb,nifrət,və s kimi mənfilərllə yüklənmək.

Beynimizin  tələsi bizi çox zaman həyat xəttində istəmədiyimiz nöqtələrdə yerləşdirir. Daxilimizə nəzər salmadan yaşasaq intihara qədər gedərik. Məhs məcazi formaya salaraq qısa bir zamanda qurtuluş texnikasını yalnış anlamamagınızı rica edərdim. Hər bir insan individdir və özünə məxsusdur,lakin bəzən insanlar tərəfindən aldıgınız zərbə sizi onlar haqqında yaxşı düşünməyə sövq etmir. Bu düşüncələr isə istər yeniyetmələri, gəncləri, yaşlıları belə depressiyaya salma gücünə vadar edir. Əgər siz Nitşi aglarkən filminə baxdınizssa o zaman ən bahalı restaranda ən bahalı qidanın keçid prossesi var.Nə qədər baha olsa da həzm prossesinə məhkumdur.Ruhunuzda bir zamanlar sevdiyiniz insanın sizə ötürdüyü emossiyaları alıb və ayrıldıgınz zaman həzm prossesinə özünüz daxil etməlisiz,əks təqdirdə daxilinizdə mənəvi çirk yarana bilr ki, bu da beyinizdə ruhuuzda zəlzələ,vulkan püskürməsi kimi fəlakətlərə yol açacaq.Siz bu yaradan yaxanızı qurtarmaq üçün uzun bir  zaman itirəcəksiniz.Yeni icad etdiyim metod isə 3 –günə bütün mənfi hisslərinizdən azad edecək və yenilənəcəksiniz. Beləliklə zamanımz qısadır deyib depressiyaya zamanım yoxdur deyib kecək texnikamıza. Əgər siz birinə sual verdinizssə və cavabını istəyərək almadıgınız təqdirdə sadəcə susun və qarşı tərəf özü maraqlanmadıgınızı görüb açıqlama verəcək və ya ətraflı cavab alacaqsız.

Bu texnika ilə beynini sındır!

Məsələn olur ki,beyninə bir mahnı düşür və bütün gün o mahnını oxumaqdan zara gəlirsən –amma bundan azad olmaq istəsəndə ola bilmirsən və əsəb keçirdirsən. Bunun əlacı həmin mahnının sonlugunu tapıb oxusaz azad olarsız bu qıcıq mahnınızdan. Digər bir texnikada əgər uşaq səbəbsiz yerə qışqıraraq aglayırsa dərhal güzgünü üzünə tutun özünü görsün və nəticəni görəcəksiz.

"Unitaz texnikası”-nın tərifi: 

Sənə əzab verən hisslər sənin deyil, daxili xəstəliklərinindir-mənfi emossiyalarının "qəbzindən” qurtulmaq üçün gündə 2 dəfə düşüncə bagırsagınızın təmizlənməsinə -unitaz texnikası deyilir.

Sizi tərk edən insan artıq sizədə lazım deyil,lakin alışqanlıgınız sizə bunu dərk etməyə şərait yaratmayacaq və buna görədə dərk etmənizə məcazi mənada sistem qoşub dərhal azad olmagınıza kömək edəcək bu texnika ilə 3 günə aradan qaldırın.

Hər dəfə WC –yə daxil olduqda fiziki ehtiyyacınızı ödədiyiniz kimi onun da sizə yaşatdıgı mənfi emossiyaları elə unitazla onu asosiassiya edərək özünə qaytarın və səsləndirin ki, al bu hisslərini mənə lazım deyil.Tam 3 günə siz bütün neqativdən azad olub özünüzə dönəcəksiniz.

 Münasibətlər nə gözəlliklə, nə var dövlətlə, qoruna bilməz. İki insanın ruhları bir-birilərinin dünyalarında əriməlidirlər. Bax sadəcə o zaman siz öz ruh əkizinizi tapacaqsız.
Zamanla deyil, sadəcə öz xəritənin kodlarını bildikdən sonra hər şey yaxşı olacaq! 
 
Klinik psixoloq Xatirə Səfərova
Baku Psychology School rəhbəri 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az