Vaxtı keçmiş kreditlərlərlə bağlı - QANUN ayihəsi olacaq

Vaxtı keçmiş kreditlərlərlə bağlı - QANUN ayihəsi olacaq

Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır: "Bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq".

Bundan başqa, R.Aslanlı qeyd edib ki, maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır. Eyni zamanda, daşınar əmlakın girovluğu ilə bağlı layihə üzərində iş gedir.(report)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az