Vətəndaşı evindən lüt çıxaran icra başçısının polis oğlu orqandan qovuldu

Vətəndaşı evindən lüt çıxaran icra başçısının polis oğlu orqandan qovuldu

Ağcəbədi rayon icra hakimiyyətinin başçısı  Rafil Hüseynovun məşhur polis  oğlu  Şəhriyar Hüseynov daxili işlər orqanından qovulub.

Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, ötən il vətəndaşın evinə soxulan Şəhriyar Hüseynov "Paltar geyinməsin, elə bu vəziyyətdə apar” deməsi ilə  məşhurlaşmışdı.

Düzdür, ictimai etirazlardan sonra Şəhriyar Hüseynov həmin vətəndaşdan və cəmiyyətdən üzrxahlıq etsə də polisdəki işində qala bilmişdi.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Şəhriyar Hüseynov növbəti dəfə polis adına yaraşmayan hərəkətlərə yol verib və bununla da daxili işlər orqanlarındakı karyerasına son qoyulub.

Onu da xatırladaq ki, Şəhriyarın qaynatası Suraxanının icra başçısı Əziz Əzizovdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az