Vətənindən başqa kimsəsi olmayan Əmrahın şəhid xəbəri təsdiqləndi

Vətənindən başqa kimsəsi olmayan Əmrahın şəhid xəbəri təsdiqləndi

Vətən müharibəsində itkin düşən hərbçilərin siyahısında adı olan Rajapov Əmrah XXX-in şəhid olduğu təsdiqlənib.
 
5 aydan sonra şəhid olduğu təsdiqlənən Əmrah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
 
Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.  Onun itkin siyahasında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilirdi. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikirdi.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az