Vilayət Eyvazov Bakı DYP-dəki “rüşvət kabinetləri“ni dağıtdı: 10 nəfər sistemdən uzaqlaşdırıldı

Vilayət Eyvazov Bakı DYP-dəki “rüşvət kabinetləri“ni dağıtdı: 10 nəfər sistemdən uzaqlaşdırıldı
Daxili İşlər naziri Vilayət Eyvazov yol polisi sistemində ciddi dəyişikliklər edib.


Miq.az BakuPost-
a istinadən xəbər verir ki, yol polislərinin iş rejimi tamamilə dəyişdirilib, Bakı Şəhər Yol Polisi İdarəsində daha çox "rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edilib, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldilib.

Nazirin əmri ilə bu gündən başlayaraq yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar.

İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün bu, gözlənilməz qərar olub.

Vilayət Eyvazov Bakı Şəhər Yol Polisi İdarəsində təmizləmə işləri də aparıb. Bildirilir ki, onun tapşırığı ilə yoxlamalar aparılıb və 10 nəfər yol polisi əməkdaşı işdən uzaqlaşdırılıb, 20-yə yaxın əməkdaş barədə isə araşdırmalara başlanılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az