Xalq artistinin evindən seyf oğurlandı

Xalq artistinin evindən seyf oğurlandı
Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

Miq.az-ın APA-ya istinadla məlumatına görə, hadisə avqustun 19-da qeydə alınıb. N.Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.
Xalq artisti bu barədə polisə məlumat verib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı N.Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az