Xalq artistinin vəziyyəti pisləşdi

Xalq artistinin vəziyyəti pisləşdi

Danışa bilmir

Bu gün Rafiq Hüseynovun səhhəti yenidən pisləşdi. 

Miq.Az xəbər verir ki, bunu lent.az-a açıqlamasında xalq artisti, diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova deyib. O bildirib ki, həyat yoldaşının vəziyyəti yaxşılaşmaq bilmir: 

"Rafiq bəy bir neçə gün idi ki, reanimasiyaya yerləşdirilmişdi. Bir az özünə gələndən sonra həkimlər onu palataya çıxartdı. Amma yenidən səhhəti ağırlaşdı. Həkimlər dedilər ki, əlimizdən gələni etmişik. Amma nəticəni gözləmək lazımdı. Ümidimiz Allahadır. Gözləyirik".

S.Hüseynova onu da əlavə etdi ki, R.Hüseynov danışa bilmir: 

"Danışa bilmir. Yəni o halda deyil ki, nəsə deyə bilsin".

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov Türkiyədə əməliyyat olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az