Xankəndində istehsal olunmuş(?)PUA-lar Azərbaycan səmasına qalxdı?.. - FOTO+VİDEO

Xankəndində istehsal olunmuş(?)PUA-lar Azərbaycan səmasına qalxdı?.. - FOTO+VİDEO
Tutaq ki, dedik, bu da yalandır, həmin PUA-lar erməni istehsalı deyil, bəs sonra?..

Azərbaycanın işğal altında qalan torpaqlarındakı qanunsuz hərbi birləşmələrin keçirdyi növbəti təlimlər çərçivəsində Xankəndində istehsal olunduğu iddia edilən pilotsuz uçuş aparatlarından da istifadə edilib. 

Moderator.az xəbər verir ki, bu haqda şərh və video-görüntüləri özünün "Facebook” səhifəsində "qondarma separatçı rejimin "müdafiə nazirliyi” adlanan qurumun "mətbuat xidməti”nin rəhbəri sayılan Senor Asratyan məlumat yayıb. 

Onun sözlərinə görə, Ağdam yaxınlığındakı "Tiqranakert” hərbi poliqonunda ilk dəfə gerçək döyüş şəraitinə ən yaxın situasiyada yerli istehsal məhsulu olan pilotsuz uçaqlar tətbiq edilib.  "Naviqasiya yönləndirilməsi olmadan hərəkət edə bilən uçuş aparatları qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirmək üçün bütün uyğun keyfiyyətlərə malikdir...”

P.S. Tutaq ki, buna da dedik ki, yalandır, ermənilər uçaqları özləri istehsal etməyib... Bəs sonra?.. Fakt ortalıqdadır ki, işğalçılar  bizim hüquqi-tarixi ərazimizdə sərbəst şəkildə əllərində olan istədikləri silahdan atəş açır, istədikləri uçağı-filanı da göyə uçurdurlar....
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az