Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu...

Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu...
Urra!!! Yenə də heç bir dövlət işğal altındakı torpaqlarımızdakı qanunsuz seçkiləri tanımadı... 

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim sentyabrın 8-də baş tutmuş faktiki bələdiyyə seçkilərini özləri üçün uğurla başa çatdırıb.

Moderator.az xəbər verir ki,  Rusiya mediasının yaydığı məlumata görə, Ermənistandan gələn  və yerli müşahidəçilər Azərbaycan Respublikasının hüquqi torpaqlarında de-fakto keçirilən qanunsuz seçkilərdə elə  bir ciddi "qanun” pozuntusu qeydə almayıb.

Seçkilərin nəticələri artıq elan olunub. Beləliklə, nə qədər acı olsa da, işğal altındakı bəzi şəhər və rayon mərkəzlərimizin yeni merləri ilə tanış olaq:

Xankəndi – David Sərkisyan, Şuşa – Artsvik Sərkisyan, Laçın-  Narek Aleksanyan,  Kəlbəcər – Sergey Çilingəryan, Ağdərə- Mişa Gürcyan, Xocavənd – Ayk Sərkisyan, Əsgəran – Samvel Ağacanyan, Hadrut – Vahan –Savadyan və s. və i.a.

P.S. Bizimsə separatçılara cavabımız bir-iki "kəskin” və "tutarlı” bəyanat, təsəllimiz isə Ermənistandan başqa heç bir dövlətin Qarabağdakı seçkiləri tanımaması oldu... Urra!!!

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az