Xəbərdarlıq: Karantin sərtləşdirilə bilər

Xəbərdarlıq: Karantin sərtləşdirilə bilər

Karantin qaydalarının yumşaldılması zamanı təmasların artması nəticəsində yoluxma sayları yüksəlməyə başlayıb. Digər tərəfdən də koronavirusun Britaniya şatammının ölkədə yayılıb yayılmaması məlum deyil. Bununla bağlı ortada hələlik araşdırma aparılmayıb.

Miq.Az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

Professor qeyd edib ki, ölkədə koronavoirus yoluxmalarında müşahidə olunan artım müəyyən həddə çatarsa, karantin tədbirləri sərtləşdirilə bilər:

"İndiki vəziyyətdə karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac görülmür. Odur ki, 8 Mart və Novruz Bayramı ərəfəsində insanlar bir az diqqətli olmalıdır. Karantin davranışlarına ciddi əməl etməlidilər. Xüsusilə mağaza kimi qapalı mühitdə sosial məsafəni gözləməlidilər. Bayramlaşma, qonaq getmək ənənəsi və müəyyən iaşə müəssisələrində, restoran və kafelərdə qayda-qanuna əməl edilsə, daha yaxşı olar. Məsuliyyət hissi önəmlidir. Əks halda epidemioloji vəziyyət pisləşsə, təbii ki, dövlət də müəyyən qəti tədbirlərə görməyə məcbur qalacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az