Xəzərdə qardaş təlimi: İran nədən narahatdır?

Xəzərdə qardaş təlimi: İran nədən narahatdır?

İran Türkiyənin Xəzərdə Azərbaycanla birlikdə hərbi təlim keçirməsindən narahatdır.

İran XİN-in sözçüsü Səid Xətibzadə "Türkiyənin Xəzərdə hərbi mövcudluğunu dənizin statusuna görə qanunsuz” adlandırıb. Halbuki, təlimlər rəsmi olaraq Türkiyənin Xəzərdə hərbi mövcudluğu yox, Azərbaycanla sualtı hücum və müdafiə məşqlərini həyata keçirmək məqsədi daşıyır.

Azərbaycan Hərbi Dəniz Qüvvələri qardaş Türkiyənin təcrübəsini öyrənir.

İran ondan narahatdır ki:

- Qarabağ müharibəsi ilə Cənubi Qafqazda təsir imkanlarını gücləndirən Türkiyə Xəzərdə də aktivləşə bilər;

- Azərbaycan Xəzərdə də tək deyil;

- Azərbaycanın Hərbi Dəniz Qüvvələrini güclənir;

Azərbaycan Xəzərdə daxili sularında istədiyi ölkə ilə hərbi təlimlər keçirə bilər. Xəzərin statusu beş sahilboyu dövlətdən savayı digər ölkələrin hərbi mövcudluğunu qəbul etmir. Türkiyə də Xəzərdə ordu saxlamır, sadəcə Azərbaycanın yanında yer alır.

Asif Nərimanlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az