XİN başçıları oktyabrın 30-da İstanbulda görüşəcəklər

XİN başçıları oktyabrın 30-da İstanbulda görüşəcəklər
Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Görüş zamanı nazirlər üç ölkə arasındakı gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək və regional proseslər ətrafında fikir mübadiləsi aparacaqlar”, – bəyanatda deyilir.
Xatırladaq ki, bu gün İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçiriləcək.
Görüşlərdə iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Türkiyəyə işgüzar səfərə gedib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az