XİN sözçüsü: Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir

XİN sözçüsü: Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir
"Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur”.

Miq.az-ın APA-ya istinadən məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. 

Hikmət Hacıyev bildirib ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi: "Ancaq Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir. Yaranmış vəziyyət səngər müharibəsini, İkinci Dünya Müharibəsini xatırladır. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır. Çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakter daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. Son Sankt-Preterburq görüşündə də prezidentlər arasında substansiv danışıqlar aparıldı. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır”.

XİN mətbuat katibi bildirib ki, Azərbaycan 25 ildə böyük humanitar fəlakətlə üzləşib, 1 milyon qaçqın və məcburi köçkün var: "Status-kvo ilk növbədə hərbi işğal faktına əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona yenə də səfər etdi. Həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar. Həmsədrlərin fəaliyyətini dəstəkləsək də, yekun olaraq nəticə var. Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansivı danışıqlara çağırdı. Helsinki yekun aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc təhdiddir. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq”.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az