“Xocalı” futbol klubu yaradıldı

“Xocalı” futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.

Yeni klub "Xocalı" adlanır.

Bununla bağlı klubun, Xətai İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər.

"Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq 6-12 yaşlarında uşaqlar məşqlərə başlayıb. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında "Xocalı" adını layiqincə qorumaqdır. Klub hazırda Masazırdakı stadionda məşq edir”.  (Apasport)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az