XTMD-nin keçmiş əməkdaşı naməlum şəxslər tərəfindən DÖYÜLDÜ

 XTMD-nin keçmiş əməkdaşı naməlum şəxslər tərəfindən DÖYÜLDÜ

Bu gün redaksiyamıza XTMD-nin keçmiş əməkdaşının yolda bir qrup şəxs tərəfindən döyülməsi ilə bağlı məlumat daxil olub.

10 XG 821 nömrəli avtomobilin sürücüsü yolla gedərkən Xəzər rayonu, Binə Atçılıq mərkəzi adlanan ərazidə üç nəfər naməlum şəxs tərəfindən döyülüb.  Belə ki, 90 NB 347 nömrəli qara rəngli maşından düşən üç nəfər şəxs 10 XG 821 nömrəli avtomobilə yaxınlaşaraq, sürücünü yerə düşməyə qoymayaraq salondaca döyməyə başlayıblar. Xəsarət alan şəxs- İsmayılov Habil Mehbalı oğlu Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı olub. Xəstəliyə görə işdən çıxıb,  bir böyrəyi çıxarılıb, 2-ci qrup əlildir...

Zərərçəkən Habil İsmayılovun dediyinə görə hadisə belə olub: "Hava yağışlı olduğundan Binə Atçılıq mərkəzinin yanından asta sürətlə gedirdim. Birdən 90 NB 347 nömrəli qara rəngli maşından düşən üç nəfər naməlum şəxs maşınımın qarşısını kəsib mənə yaxınlaşdılar. Heç imkan vermədilər ki, maşından yerə düşəm. Üç nəfərin hamısı mənim üstümə hücum çəkdilər...Və hadisə yerindən uzaqlaşanda "Kiməsə desən, kiməsə güvənsən, sənin üçün daha da pis olar"-deyib maşınlarına minib uzaqlaşdılar. 

Baş vermiş hadisə barədə 102 qaynar xəttinə və Xəzər rayon polsi idarəsinə zəng edib şikayət edən 2-ci qrup əlil Habil İsmayılov hadisənin ədalətli araşdırılacağına inanir. 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az